experience

Benjaminin vətəni Mənim vətənimdir

On 03 May, 2023     By Tural Abdullayev

Dünyanın hazırki vəzyəti və çoxluğun fikri, düşüncəsi bu yöndədir. Dünyada olan köç xəritəsinə baxdıqda hərkəs qərbə doğru meyillənir, bunun bir çox səbəbləri var. Müharibələr,  Demokratiya, Azadlıq hüquqlarının posulması, Yeniliklər və s. Yaşadığımız bu yeni dövürdə isə bu səbəblərin ən başında iqtisadi səbbəblər dayanır. İnsanlar öz yaşadığları ölkələrdə normal yaşayabilmədikləri üçün , maddi sıxıntılar səbəbindən köç etmək məcburiyyətində qalırlar. İşsizlik, əməyin düzgün qiymətləndirilməməsi, dövlət büdcəsindən ayrılan pulların ədalətsiz bölgüsü və s. Dünyanın hər yerində ədalətsizlik var. Sadəcə bir tərəfdə daha çoxdur, digər tərəfdə daha az. Bir tərəfdə bu ədalətsizlik insanların günlük rutinlərinə, yaşantılarına birbaşa təsir edir, digər tərəfdəsə çox az təsir edir. Təbiki insanoğlu ona verilən həyatın limitli olduğunu dərk edir və bu limitli ömürü daha səmərəli, yaxşı, rahat , firavan və rifah içində yaşamaq istəyir. 

 

Belə bir deyim var: 
Yaşamağa qərib ölkə, ölməyə vətən yaxşı. 

Çünki insan öldükdən sonra bu dünya ilə bir əlaqəsi qalmayacaq. Bu dünyada olan mövcud problemlər elə bu dünyada qalacaq. Ölən insana qalan yalnız etdiyi əməllər, yaşadığı həyat, gəzdiyi, gördüyü yerlər, münasibətlər və s. qalacaq. Bu dünyada qoyduğu izlər, səni digər dünyada təqib etməyə davam edəcək. 
Çalışmaq lazımdı bu dünyada adın hər zaman yaxşı əməllərlə anılsın.

İndi gələk Benjaminə, bildiyimiz kimi Türkiyədə Mayın 14-də seçkilər başlayır. Burda həm prizdent, həm parlament seçkiləri keçrilir. Əslində bir növ referenduma bənzəyir, insanlar ya qərbi seçəcək, yada hazırki iqtidarın küləyi hansı yönə əsəsrsə o istiqamətdə gedəcək. Seçkilər başlamazdan öncə xaricdə yaşayan türklər arasında keçrilən sorğuda  hazırki iqtidar hər zaman öndəidi. Bəzi insanlar bunu başa düşməkdə çətinlik çəkirdi, necə olabilər axı ? insanlar qərbə köçtükcə daha demokratik olur axı. Düzdür insanlar qərbə köçtükcə daha demokratik olur amma bu demokratiya həqiqi demokratiya deyil, bu demokratiya Benjaminin demokratiyasıdır. Türkiyədə dollar yüksəldikcə xaricdə yaşayan türklər bunu etirazla və kədərlə qarşılayırlar. Amma həqiqətdəsə bu onların işinə çox yarayır və gizlində çox sevinirlər. Seçkilər başlayan ərəfələrdə Ərdoğan və onun partiyası AKP yenədə öndəydi. Amma seçkilər davam etdikcə iqtisadiyyatçıların ekranlar önündə və social media vastəsi ilə çıxışları bir anda hər şeyi dəyişdirdi. Hazırki iqtidar bilməyərək özü, öz əlehinə propaqanda aparmağa başladı. Xalqı və kütləni qorxudmaq üçün deyilən sözlər: Hazırda dollar 18-20 Turk lirəsidir, Bunlar hakimyətə gələrlərsə dollar 27-30 Türk lirəsi olacaq. dedilər və bununla yanaşı azad iqtisadi ekspertlərin fikirləri və rəyləri bunu təsdiqlədikdə , ortaya marağlı bir rəsim çıxardı. Biranda xaricdə yaşayan bütün türklər öz seçimlərini müxalifətdən yana istifadə etməyə başladılar. Milliyətçi Ərdoğan - Demokrat Benjaminə uduzdu. 

RELATED POSTS