İnnovasiya və Rəqəmsal İnkişaf
2000-ci ilden sonra her il yeni texnoloji ixtiralar olunur. Bunlar ya cihazlar, ya tetbiqler , əşyalar və s. Hər il bu prosess gedərək sürətlənir və rəqabət artır. Texnologiya yalnız məişətdə deyil, həmçinin hərbidə, təhsildə, tibdə və s. Bütün sahələrdə davamlı olaraq yenilənir və ölkələr bu yeniliy trendini qaçırmamaq üçün bütün iqtisadi və insan resurslarını bu işə cəlb edib. 25 ildə 100 illlik bir yol qəth edilib. Bu gedişat dahada sürətlənir və məsh bunun üçün bir sıra ölkələr və alimlər bu texnoloji inqilabın yavaşladılması üçün müzakirələr aparır və hətda imza toplama kampaniyalarıda keçirilir, bu işə bir sıra ölkələrdə cəlb olunub. Ama nə fayda Dünyanın super gücləri (Amerika, Çin, BB, Yaponiya, Almaniya və s. ) bu işdə marağlı olduqdan və rəqabət apardıqdan sonra bu prossesi nə dayandırmaq nədə yavaşlatmaq münkün deyil. Ən yaxşısı onlara çatmaq və məsafəni daraltmaqdır.
Azərbaycan bəs bu illər ərzində hansı naliyətləri əldə etdi?
Biz bu texnoloji inkişafın harasındayıq?
Bəli bu illər ərzində Azərbaycanda bir sıra yeniliklər, inkişafə və müəyyən uğurlar əldə olundu. Amma əldə olunan uğurlar və inkişaf bizi dünya reytinqində hansı pilləyə çatdırıb? 96 (Araşdırma https://unctad.org/tir2023 )
Bəli biz dünya sıralamasında Texnologiya və İnovassiya görə 166 ölkə arasında 96-cıyıq. 2021-ci ilə nəzərən 4 pillə ilərdəyik.
Bü dünya ortalamasının altında olan bir pillədir. Bəs bizim regionda vəzyət necədir?
Russiya – 31
Türkiyə - 53
Qazaxıstan – 68
İran – 75
Ermənistan – 78
Gürcustan – 79
Azərbaycan – 96
Bəyənmədiyimiz Ərəblər dünya sıralamasında 47-ci yerdədirlər.
Adını ilk dəfə eşiddiyiniz cəmi 400 000 əhalisi olan Belize ölkəsi bizdən öndədir 91-ci yerdə, xəritədə tapabilməyəcəyiniz Trinidad and Tobago 87-ci yerdədir və bir sıra afrika ölkələri və s. Ama hələdə gec deyil. 2030-cu ildəki Texnoloji partlayışa 6 il qalıb və bəlkədə bu partlayış daha erkən gerçəkləşə bilər. Ölkə olaraq bu işlə məşqul olan adiyyatı qurumlar dərhal və sürətli olaraq Texnoloji inkişafa fokuslanmalıdırlar.
Buna 100-lərcə səbəb var və bəzilərini qeyd etmək olar.
- Müharibə zamanı yaşayış məntəqəsinə atılan raketləri havadaca məhv etmək olardı. İsrail bunu dəmir qübbə ilə edir. Biz niyə etməyək?
- Xəstaxanada çıxan yanğın 7-dəqiqə sonra aşkarlanıb. Bunu yanğın çıxmadan öncə belə bilmək olardı, xüsusi dedektorlar vastəsiylə. (5-10 manat dəyərində olan bu cihazlar insan həyatını xilas edəbilər)
- Müalicə üçün insanlar xaricə axın edir, bunu öz ölkəmizdə etmək münkündür. İran, Türkiyə, İsrail, Almaniya, Amerka və s. Ən marağlısıda odurki bu ölkələrə ən çox rəhbər şəxslər , idarəedicilər, vəzifəli şəxslər, məmurlar və s. gedir. Yəni onlar düşümürlərki bəs bu sadə xalq necə gedəcək onlar gedən yerlərə?
- Məktəblərdə, Unverstetlərdə və digər tədris və təhsil müəəslərində Tədrisin keyfiyyətinin artırılması (İsveç, İsveçirə, Almaniya, Fllandiya ) bu ölkələr sıralamada ilk 10-luqda olan ölkələrdi. Onların istifadə etdiyi texnalogiyadan faydalana bilərik.
- İstehsalın artırılması və məhsulun xarici bazarlara rahatlıqla çıxarılması. Burda İstehlakçı və İstehsalçı arasında olan bütün maniələri aradan götürərək etmək olar. Bir Çinli istehsal etdiyi bir məhsulu Azərbaycana satabilirsə , demək bir Azərbaycanlı istehsal etdiyi məhsulu hər hansı bir ölkəyə satabilməlidir. Bunun üçün Gömrük, Daşınma və ödəmə sistemləri inkişaf etdirilməlidir.
Bu siyahını uzatmaq olar , ama bizə inkişaf lazımdır həmdə sürətli.
P.S 2024 -cü il üçün Texnalogiyanın inkişafına ayrılan dövlət vəsaiti, Barbados-un illik dövlət büdcəsindən 2 dəfə çoxdur, Barbados (bəli Barbaris konfeti qədər olan bir ölkə) dünya reytinqində 52-ci yerədədir.