Xoşbəxtliyin Qiyməti (Xərci)
Yaşadığın coğrafiya sənin qədərindi deyirlər, bu fikirlə tam razı olmayanlarda var amma yaşadığımız coğrafiyada baş verənlər bizim gələcək planlarımıza, işlərimizə və həyatımıza ciddi təsir göstərir. Sərhəd qonşularının kimliyi isə sənin ölkənin daxili və xarici siyasətinə, inkişafına, səhətinə, gələcəyinə birbaşa təsir göstərir. Azərbaycanın bu baxımdan heç bəxti gətirməyib deyəbilərik amma daha pisi isə, bu vəzyət günü-gündən gərginləşməyə doğru gedir. 7 qonşudan biri ilə əzəli düşmənik, İran düşmənimizin dostudur, Rus kim daha çox nə vəəd edirsə onun yanındadır, Türkiyə qardaş ölkə deyirik ama bu hərdəfə belə olmayabilər. Tarix onu göstərirki, Türkiyəni idarə edən adama, partiyalara və s. hallara görə Azərbaycanla olan münasibətləri dəyişəbilir. Bu mərhələləin birinə yenidən qədəm qoymaq üzrəyik, 30 illik dost qardaş olan ölkədə 14 May günü seçkilər olacaq, seçkilərdə müxalifət lideri Kamal Kılıçdaroğlu seçilərsə bizim Türkiyə ilə olan münasibətlər daha əvvəlki kimi olmayacaq, bunu 2 gün öncə palaşdığı qısa videosunda ilk mesajını verərək bildirmiş oldu. Özünün Alevi və Əli tərəftarı olduğunu bildirən Kamal Kılıçtaroğlu, burdan İrana yaşıl işığ yandırdığını göstərdi, Azərbaycanla bağlı bugünə kimi heç bir mesaj verməyən Kılıçdaroğlu, liderlik etdiyi partiyanın Azərbaycana qarşı münasibəti hər zaman birmənalı olmayıb. Bunu öncədən sezən Azərbaycan dövlət idarəçiləri, siyasətçilər, prizdent başda olmağla belə bir riskin qarşısını almaq üçün gəminin rotasını 5-ci qonşuya doğru çevirməyə başladı. 2022-nin ortalarından başlayaraq orta asya ilə münasibətləri isitməyə başlayan Azərbaycan, bir sıra strateji müqavilələr imzaladı, hava və dəniz nəqliyatını gücləndirdi, qarşılıqlı tərəfdaşlıq, əməkdaşlıq və bir sıra işlərin təməli atıldı. Bu prosess hər gün gedərək sürətlənir. Azərbaycan sərhədlərinin bağlı qalma səbəbidə məsh buna görədir. Ermənistan, İran və Türkiyə ittifaqı gerçəkləşərsə Bizim arxamızı dayayabiləcək tərəfdaşlara, qonşulara ehtiyacımız olacaq. Bu məsələdə Gürcüstan bitərəf olaraq qalır və onlarda ruslar kimi, kim daha çox nə vədd edirsə onun yanındadırlar. Türkmənistanın ipinin üstünə odun yığmaq olmayacağını bilirik çünki onlarda rusdan gələn bir mesaja bəndirlər. Bu vəzyətdə Azərbaycan hər zaman olduğu kimi yenədə bölgədə hərkəslə mehriban olmağ məcburiyyətindədir, olası bir hücumun və təxribatın qarşısını almaq üçünsə Qərbin dəstəyi mütləqdir (Böyük Britaniya, Amerka, Avropa, İsrail) mütləqki Rusuda məmnun etməliyik. Buda o deməkdirki, Azərbaycan bundan sonra daha çox öhdəlik götürmək məcburiyyətində qalacaq. Əyərki bu sabitliyi və Qarabağ uğrunu davam etdirmək istəyirsə. Nəticə olaraq ölkədə güc yenədə neftin üzərinə düşür. Bugünə kimi neftən bir qəpik xeyir görməmişik deyən sadə vətəndaş bundan sonra nəinki xeyir, ölkədən gedən neftin üzərinə bir 10 manatda cibindən ödəyərək yola salacaq. Ölkədəki sabitliyi qorumaq, hazırki iqtidarın hakimiyətdə qalmağ müddətini uzatmaq üçün hər bir ölkə vətəndaşın borclandıracaq. Xaricdən götürülən yüksək məbləğli kreditlər, satınalmalar, idman oyunları, brendlər və s. bunlarda həmin öhdəliklərdən bəziləridir. Birdə daxildə olan vergi artırmaları, yığımlar, rüsümlar, həyat bahalılığı və s. bunlarda bu borcun bir parçasdır. Burdakı sabitlik yalnız ölkədən getmir, valuytanın sabitliyidə önəmlidir. Valyutanıda sabit saxlmaq üçün borclanırıq. Yəni anlayacağınız hər gün bor üstünə borc gəlir. Bu borclar bir gün belimizi qıracaq.
Ardı var.....